Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazov rəsmi səfərlə Gürcüstana gəlib
Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazov rəsmi səfərlə Gürcüstana gəlib

Gürcüstanın daxili işlər naziri Qeka Qeladzenin dəvəti ilə Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazov nümayəndə heyəti ilə birlikdə rəsmi səfərlə Tbilisiyə gəlib.

Səfər çərçivəsində hər iki ölkənin daxili işlər nazirləri geniş tərkibdə görüş keçirəcək və Gürcüstan ilə Azərbaycan Respublikası arasında hüquq-mühafizə sahəsində mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcək razılaşmanı imzalayacaqlar.

Azərbaycan Respublikasının daxili işlər naziri nümayəndə heyəti ilə birlikdə Gürcüstanın Daxili İşlər Nazirliyinin polis bölmələrinə də baş çəkəcək və onların fəaliyyətilə tanış olacaq.