Azərbaycan Müdafiə Nazirliyi -Azərbaycan Silahlı Qüvvələrinin Xankəndi şəhəri istiqamətində hücumu barədə məlumat həqiqətə uyğun deyil
Azərbaycan Müdafiə Nazirliyi -Azərbaycan Silahlı Qüvvələrinin Xankəndi şəhəri istiqamətində hücumu barədə məlumat həqiqətə uyğun deyil

Azərbaycan Silahlı Qüvvələrinin Xankəndi şəhəri istiqamətində hücuma keçməsi ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil-bu barədə Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda deyilir.

“Sosial şəbəkələrdə bəzi erməni hesablarında silahlı qüvvələrimizin guya Xankəndi istiqamətində hücuma keçməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və dezinformasiya xarakteri daşıyır. Biz bu məlumatı qəti şəkildə təkzib edirik”- Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Bundan əvvəl Ermənistan KİV Qarabağın Stepanakert şəhərində atışma və partlayış səslərinin eşidilməsi barədə məlumat yayıb. Azərbaycan tərəfi adı çəkilən şəhəri Xankəndi adlandırır.