Azərbaycan Müdafiə Nazirliyi tərəfindən verilən məlumata əsasən sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalar nəticəsində 71 azərbaycanlı hərbçi həlak olub

16:13, 15.09.2022

 

Azərbaycan Müdafiə Nazirliyi həlak olan hərbçilərin məlumatlarını dəqiqləşdirib. Nazirlikdən verilən məlumata əsasən , sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalar nəticəsində 71 azərbaycanlı hərbçi həlak olub.

Nazirlik həlak olanların tam siyahısını da dərc edir.

Xatırladaq ki, sentyabrın 12-də Azərbaycan və Ermənistan sərhədində toqquşmalar baş verib. Nəticədə hər iki tərəfdən ölənlər var. Ermənistanın məlumatına görə, 105 nəfər ölüb.

Tərəflər gərginliyin artmasında bir-birini günahlandırır.

Oxşar