Azərbaycan Müdafiə Nazirliyi Şuşa şəhərində kilsəyə hücumu inkar edir
Azərbaycan Müdafiə Nazirliyi Şuşa şəhərində kilsəyə hücumu inkar edir. Müdafiə Nazirliyinin bəyanatını “Trend” Azərbaycan agentliyi yayır.
Bəayanata əsasən, Şuşada kilsənin dağıdılmasının Azərbaycan Ordusunun fəaliyyəti ilə əlaqəsi yoxdur.
“Oktyabrın 4-də Gəncəni atəşə tutarkən şəhərdəki mülki obyektlər, yaşayış binaları, o cümlədən dini memarlıq abidəsi olan İmamzadə kompleksinə ziyan yetirən Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu tarixi, mədəni, xüsusilə də dini tikililər və abidələri hədəfə almır”, – Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Ona qədər, Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, Artsun Hovanisyan məlumat yaydı ki, Azərbaycan Şuşa şəhərinin kilsəsinə zərbə endirdi.