Azərbaycan Müdafiə Nazirliyi Şuşa şəhərində kilsəyə hücumu inkar edir

18:39, 08.10.2020

Azərbaycan Müdafiə Nazirliyi Şuşa şəhərində kilsəyə hücumu inkar edir. Müdafiə Nazirliyinin bəyanatını “Trend” Azərbaycan agentliyi yayır.

Bəayanata əsasən, Şuşada kilsənin dağıdılmasının Azərbaycan Ordusunun fəaliyyəti ilə əlaqəsi yoxdur.

“Oktyabrın 4-də Gəncəni atəşə tutarkən şəhərdəki mülki obyektlər, yaşayış binaları, o cümlədən dini memarlıq abidəsi olan İmamzadə kompleksinə ziyan yetirən Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu tarixi, mədəni, xüsusilə də dini tikililər və abidələri hədəfə almır”, – Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Ona qədər, Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, Artsun Hovanisyan məlumat yaydı ki, Azərbaycan Şuşa şəhərinin kilsəsinə zərbə endirdi.

Oxşar