Azərbaycan Müdafiə Nazirliyi - ölkəmizin suveren ərazilərində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq
Azərbaycan Müdafiə Nazirliyi - ölkəmizin suveren ərazilərində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq

 

Üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən də bildirildiyi üzrə, həmin ərazilərin demilitarizasiyası, erməni qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür.

“Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq” – deyə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.