Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın ötən sutka ərzində Azərbaycan mövqeləri istiqamətində 10 dəfə atəş açdığını bildirir, İrəvan Bakının ittihamlarını təkzib edir
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın ötən sutka ərzində Azərbaycan mövqeləri istiqamətində 10 dəfə atəş açdığını bildirir, İrəvan Bakının ittihamlarını təkzib edir

 

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda, Basarkeçər, Qoriş və Qarakilsə rayonlarında yerləşdirilmiş erməni hərbi qulluqçularının Kəlbəcər və Laçın rayonlarında yerləşən Azərbaycan hərbi hissələri istiqamətində 6 dəfə atəş açdığı qeyd edilir.

Müdafiə Nazirliyindən verilən məlumatda, bununla yanaşı Ermənistanın qanunsuz hərbi ünsürlərinin rus əsgərlərinin müvəqqəti yerləşdiyi Kəlbəcər, Goranboy və Füzuli istiqamətində snayper tüfənglərindən və müxtəlif çaplı odlu silahlardan 4 dəfə atəş açdığı deyilir.

“Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur. Azərbaycan ordusunun bölmələri tərəfindən bütün hallarda adekvat tədbirlər görülüb” – deyə nazirliyin məlumatında deyilir.

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanın bəyanatını dezinformasiya adlandırır və bildirir ki, Ermənistan-Azərbaycan sərhədində vəziyyət nisbətən sabitdir və Ermənistan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.