Azərbaycan Müdafiə Nazirliyi Dağlıq Qarabağda bir neçə yüksəkliyin ələ keçirilməsi ilə bağlı məlumat yayır
Azərbaycan Müdafiə Nazirliyi Dağlıq Qarabağda bir neçə yüksəkliyin ələ keçirilməsi ilə bağlı məlumat yayır

 

Azərbaycanın Müdafiə Nazirliyi Dağlıq Qarabağda bir neçə yüksəkliyin nəzarətə götürülməsi barədə məlumat yayır.

Nazirliyin açıqlamasında bildirilir ki, “Qisas” əməliyyatı çərçivəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda, əməliyyat çərçivəsində erməni silahlı ünsürlərinin bir sıra mövqelərinin məhv edildiyi, Yuxarı Oratağ qəsəbəsindəki hərbi hissəyə aviasiya zərbəsi endirildiyi, nəticədə canlı qüvvənin məhv edildiyi və yaralandığı, eləcə də bir neçə haubitsa, hərbi nəqliyyat vasitələri və külli miqdarda döyüş materiallarının məhv edildiyi deyilir.