Azərbaycan mətbuatı- Laçın dəhlizinə nəzarət Azərbaycana keçəcək

19:49, 25.08.2022

 

Rus hərbçilər Laçın dəhlizinə nəzarəti Azərbaycana təhvil verəcəklər. Bu barədə Azərbaycan mətbuatı məlumat yayır.

Onların məlumatında belə qeyd olunub : “Qarabağda dislokasiya olunmuş rus sülhməramlılar nəzarət-buraxılış məntəqələrini sökür və Azərbaycanın Laçından yan keçmək üçün saldığı yeni yola keçməyə hazırlaşırlar”.

Bakıda, bu gündən etibarən Laçın rayonunun Zabux və Sus qəsəbələrinin Azərbaycanın nəzarətinə keçdiyi deyilir. Onların iddiasına görə, “Laçın şəhərində və bu qəsəbələrdə qanunsuz yaşayan ermənilərə avqustun sonuna kimi ərazini tərk etmək üçün müddət verilibmiş”.

Bununla yanaşı, “BBC” Laçın dəhlizinin Ermənistanı tanınmamış Dağlıq Qarabağın paytaxtı ilə birləşdirən yeganə quru yolu olduğunu bildirir.

BBC-nin yazdığı üzrə, “2020-ci ilin noyabrında Qarabağda müharibə başa çatdıqdan sonra Ermənistan və Azərbaycan Laçından yan keçən yolun yeni marşrutu barədə razılığa gəliblər, rus sülhməramlılar isə yeni yola keçəcəkdilər. Bunun üçün 3 illik müddət müəyyən edilmişdi, bu müddət hələ başa çatmayıb. Avqustun 3-də Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən sonra Ermənistanda ölkənin Laçın dəhlizi ilə bağlı yeni yolun tikintisi ilə əlaqədar vahid planı razılaşdırmadığını açıqlayıblar. Azərbaycanda isə yolun bir hissəsinin tikintisini artıq başa çatdırdıqlarını və tezliklə istifadəyə veriləcəyini deyirlər. Bakıda Ermənistanın yeni yolun tikintisini qəsdən gecikdirdiyini bildirirlər”.

Oxşar