Azərbaycan mediası tərəfindən yayılan məlumatda Ermənistanla Azərbaycan arasında atəşkəs rejiminin bərpa olunduğu deyilir
Ermənistanla Azərbaycan arasında atəşkəs rejimi bərpa edilib-bu barədə Azərbaycan mətbuatı məlumat yayır. Erməni tərəfi hələlik bununla bağlı açıqlama verməyib.
“Trend Az” agentliyi səhər saat 9.00-dan başlayaraq Azərbaycan və Ermənistan arasında atəşin dayandırılması barədə razılıq əldə olunduğunu yazır. Lakin medianın yazdığı üzrə Ermənistan silahlı qüvvələri razılaşmanı pozub, bundan sonra saat 09:15-dən etibarən atəşkəs rejimi bərpa edilib.
Ermənistanla Azərbaycan sərhədində gecə yarısı başlayan qarşıdurma gecə boyu davam edib. Tərəflər eskalasiyaya görə bir-birini günahlandırır. Ermənistan Azərbaycanı yaşayış məntəqələrinə və mülki infrastruktura atəş açmaqda ittiham edir, Azərbaycan tərəfi bunu təkzib edir. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin diversiya qruplarını Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda və sərhədyanı rayonları minalamaqda ittiham edir.