Azərbaycan Xarici İşlər Nazirliyi - telefon danışığı zamanı Ceyhun Bayramov İranın Naxçıvan ərazisinə dronlarla hücumunu pisləyib, Abbas Əraqçi isə hadisə ilə bağlı istintaqa başlandığını bildirib
Azərbaycan Xarici İşlər Nazirliyi - telefon danışığı zamanı Ceyhun Bayramov İranın Naxçıvan ərazisinə dronlarla hücumunu pisləyib, Abbas Əraqçi isə hadisə ilə bağlı istintaqa başlandığını bildirib

İran və Azərbaycan xarici işlər nazirləri telefon danışığı aparıblar. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd edilib.

“Telefon danışığı zamanı nazir Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə həyata keçirdiyi dron hücumunu qətiyyətlə pisləyib və bununla bağlı qəti etirazını bildirib. O, Azərbaycan ərazisinə edilən bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu və regionda gərginliyin artmasına xidmət etdiyini vurğulayıb”, – nazirliyin bəyanatında qeyd edilib.

Onların məlumatına görə, Abbas Əraqçi Naxçıvan ərazisinə dronlarla həyata keçirilən hücumla bağlı narahatlığını ifadə edib və bildirib ki, İran tərəfi və hərbçilər hadisə ilə bağlı araşdırmaya başlayıblar.