Azərbaycan İranla quru sərhədini açdı ki, xarici vətəndaşlar İrandan çıxa bilsinlər

18:22, 14.06.2025

Azərbaycan İranla quru sərhədini açıb ki, xarici vətəndaşlar ölkəni tərk edə bilsinlər. Bu barədə “Reuters” agentliyi məlumat yayır.

Medianın  məlumatına görə, Astarada yerləşən nəzarət-keçid məntəqəsini ilk qrup artıq keçib, onların əksəriyyəti Rusiya vətəndaşıdır.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, hazırda 86 nəfər, o cümlədən iki azyaşlı, Azərbaycana təxliyə olunub. Onlar əsasən Çaykovski Simfonik Orkestrinin üzvləridir.

Təxliyə olunanlar arasında Qazaxıstanın altı vətəndaşı da var.

Oxşar