Azərbaycan hökuməti “COVID-19” ilə bağlı xüsusi karantin rejimini 2026-cı il yanvarın 1-dək uzadıb
Azərbaycan hökuməti “COVID-19” ilə bağlı xüsusi karantin rejimini yenidən uzadıb. Bu barədə qərar ölkənin Nazirlər Kabineti tərəfindən qəbul edilib. Sərəncamı Baş nazir Əli Əsədov imzalayıb.
Yazda qəbul edilmiş qərara əsasən, xüsusi karantin rejiminin müddəti cari ilin 1 oktyabr tarixində, saat 06:00-da başa çatırdı.
Məlumat üçün bildirək ki, Azərbaycanının quru sərhədi 2020-ci ilin yazından COVID pandemiyası səbəbindən bağlıdır. Ölkəyə giriş hazırda yalnız hava yolu ilə mümkündür.