Azərbaycan-Gürcüstan-Türkiyənin müdafiə nazirləri üçtərəfli görüş keçiriblər
Azərbaycan-Gürcüstan-Türkiyənin müdafiə nazirləri üçtərəfli görüş keçiriblər

 
2024-cü ildə Gürcüstan Azərbaycan-Gürcüstan-Türkiyənin müdafiə nazirlərinin üçtərəfli görüşünə ev sahibliyi edir. Müdafiə nazirlərinin görüşü Batumi şəhərində keçirilib. Gürcüstanın müdafiə naziri İrakli Çikovani Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib.

Həmkarlar bölgənin təhlükəsizlik mühiti və mövcud çağırışlar barədə danışıblar. Görüşdə tərəflər bölgədə təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi işində üçtərəfli əməkdaşlıq formatının əhəmiyyətini qeyd ediblər.

İrakli Çikovani Gürcüstanın Cənubi Qafqazda sülhün və konstruktiv əməkdaşlığın təşviqi prosesinə töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib.

Görüşdə tərəflər müdafiə sahəsində cari islahatları və gələcək planları da müzakirə ediblər. Strateji və işçi səviyyələrdə əməkdaşlığın müsbət dinamikasına diqqət yönəldilib. Birgə təlimlərin, ekspertlər səviyyəsində keçirilən görüşlərin və üçtərəfli kursların hərbi qulluqçuları daha da yaxınlaşdırdığı və onların qarşılıqlı fəaliyyət səviyyəsini artırdığı qeyd olunub.

Görüşün sonunda müdafiə nazirləri üçtərəfli nazirlər görüşünün protokolunu imzalayıblar və birgə bəyanatlarla çıxış ediblər. İrakli Çikovani azərbaycanlı və türkiyəli həmkarları – general-polkovnik Zakir Həsənov və Yaşar Gülər ​​ilə ikitərəfli görüşlər də keçirib.

Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.