Azərbaycan Ermənistanı atəşkəs rejimini pozmaqda günahlandırır, Yerevan ittihamı rədd edir
Azərbaycan Ermənistanı atəşkəsi pozmaqda ittiham edir.
Azərbaycan mediası ölkənin Müdafiə Nazirliyinə istinadən yazır ki, erməni silahlı qüvvələri Qorus, Basarkeçəri və Çəmbərək rayonlarından Azərbaycan ordusunun mövqelərini kiçik kalibrli silahlarla atəşə tutub.
Bakının yaydığı məlumatı Yerevanda təkzib edirlər. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın bildirdiyinə görə, Azərbaycanın saxta ittihamlarının əsası yoxdur və bunu Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində yerləşən müşahidəçiləri də təsdiqləyirlər.