"Azadlığı müdafiə edirəm" müraciət yayır - noyabrın 7-də, bu rəmzi gündə, Rustaveli Teatrında toplanaq, qaranlıq keçmişin dönməsinə yol verməyək
"Azadlığı müdafiə edirəm" müraciət yayır - noyabrın 7-də, bu rəmzi gündə, Rustaveli Teatrında toplanaq, qaranlıq keçmişin dönməsinə yol verməyək

“Azadlığı müdafiə edirəm” cəmiyyəti müraciət yayır. Mürəciətdə qeyd olunubdur ki, noyabrın 7-də, bu rəmzi gündə, Rustaveli Teatrında toplantı planlaşdırılır. Müraciətə imza atanların bəyan etdiyinə görə, toplantında prezident seçkilərinin ikinci turu ilə bağlı, fəaliyyət planını işləyib hazırlayacaqlar.

“Gürcüstanın bütün vətəndaşlarına!

Bu gün, hər birimiz reallıq qarşısında dururuq – Saakaşvilinin rejimi yenə də hakimiyyəti əlinə keçirməyə çalışır.

Buna görə, bu təhlükəni dərk edənlər borcluyuq ki, əsas nailiyyətimizi – azadlığımızı müdafi edək.

Məhz elə buna görə, noyabrın 7-də, bu rəmzi gündə, saat 14:00-da Rustaveli Teatrında toplanaq, fəaliyyət planını işləyib hazırlayaq.

Qaranlıq keçmişin geri dönməsinə yol verməyək!”

“Azadlığı müdafiə edirəm” cəmiyyətinin müraciətiətində deyilir.