Azadlıq meydanında mayın 26-na hazırlıq [Foto]
Azadlıq meydanında mayın 26-na hazırlıq [Foto]

Azadlıq meydanında Müstəqillik Gününün əsas tədbirinə hazırlıq davam edir. Müdafiə naziri İrakli Çikovani Müdafiə Qüvvələrinin komandanı general-leytenant Giorgi Matiaşvili ilə birlikdə Azadlıq meydanında keçirilən məşqdə iştirak edib.

Hərbi mərasimə hazırlıq işlərinə Müdafiə Qüvvələrinin Ali Baş Komandanının müavini, Baş Qərargah rəisi general-mayor Coni Tatunaşvili rəhbərlik edirdi. Ərazidə Müdafiə Qüvvələrinin komandir müavinləri və müxtəlif komandanlıqların rəhbərləri iştirak edirdilər.

Müdafiə Qüvvələrinin şəxsi heyəti ilə yanaşı, 26 mayda təntənəli şəkildə hərbi and içəcək və Müdafiə Qüvvələrinin sıralarına qəbul olunacaq Milli Hərbi Xidmətə çağırışçılar da məşq prosesindən keçiblər. Azadlıq Meydanı ilə yanaşı, çağırışçılar ölkə miqyasında daha beş tarixi məkanda da and içəcəklər.

26 mayda ənənəvi olaraq 21 şəhər və bələdiyyədə əhali hərbi texnika, silah və təchizatla tanış olmaq imkanı əldə edəcək. Sərgilər Tbilisi, Qori, Axaltsixe, Mtsxeta, Rustavi, Kutaisi, Zuqdidi, Ozurqeti, Poti, Ambrolauri, Xoni, Batumi, Telavi, Axalkalaki, Marneuli, Senaki, Samtredia, Bağdati, Çxorotsku, Martvili və Abaşada keçiriləcək.