Ayətullah Əli Xamenei - bütün müsəlman ölkələri ABŞ-a qarşı birləşməlidir
Ayətullah Əli Xamenei - bütün müsəlman ölkələri ABŞ-a qarşı birləşməlidir

Ayətullah Əli Xamenei müsəlman ölkələrini ABŞ-a və ümumi düşmənlərə qarşı birləşməsinə çağırır. Məlumatı Reuters yayır.

İran xalqı ABŞ və digər təkəbbürlü dövlətlərin hədələməsi cəhdlərinə qarşı uğurla müqavimət göstərir. Biz bu cür davam edəcəyik. Bütün müsəlman ölkələri ABŞ-a qarşı birləşməlidir”, – Ayətullah Əli Xamenei bəyan etdi.

O, ABŞ prezidenti Donald Trampın bəyanatını tənqid etdi. Tramp bəyan etdi ki, Yaxın Şərqin bəzi ölkələri Vaşinqtonun köməyi olmadan bir həftə belə dayana bilməz. Ayətullah Əli Xamenein fikirincə bu bəyanat müsəlman ölkələri üçün alçaldıcıdır.