Ayətullah Əli Xamenei - Bu gün Tehranda keçirilən aksiya Amerika siyasətçilərinə yalanlarına son qoymaq üçün bir xəbərdarlıq idi
Ayətullah Əli Xamenei - Bu gün Tehranda keçirilən aksiya Amerika siyasətçilərinə yalanlarına son qoymaq üçün bir xəbərdarlıq idi

İranın ruhani lideri Ayətullah Əli Xamenei sosial şəbəkədə yazır ki, bu gün Tehranda keçirilən aksiya Amerika siyasətçilərinə yalanlarına son qoymaq üçün bir xəbərdarlıq idi.

O, bunun tarixi bir gün olduğunu deyib.

“Qətiyyətlə dolu nəhəng nümayişlər, yerli muzdlu döyüşçüləri tərəfindən həyata keçirilməsi planlaşdırılan əcnəbi düşmənlərin planlarını pozdu. İran milləti düşmənləri qarşısında öz gücünü və kimliyini nümayiş etdirib. Bu, Amerika siyasətçilərinə yalanlarına son qoymaq üçün bir xəbərdarlıq idi”, – Əli Xamenei yazır.

Medianın məlumatına görə, bu gün İranda Ayətullah Əli Xamenei hökumətini dəstəkləyən nümayişlər keçirilirdi.