Ayətullah Əli Xamenei Donald Trampı ABŞ-dakı mövcud problemlərə diqqət yetirməyə çağırır
Ayətullah Əli Xamenei Donald Trampı ABŞ-dakı mövcud problemlərə diqqət yetirməyə çağırır

İranın ruhani lideri Ayətullah Əli Xamenei ölkədəki etiraz aksiyaları fonunda çıxışı zamanı Prezident Donald Trampı ABŞ-dakı mövcud problemlərə diqqət yetirməyə çağırıb.

Xameneinin müraciətini İranın dövlət mediası yayıb.

İranın ruhani lideri bildirib ki, “İrandakı aksiya iştirakçıları başqa bir ölkənin liderini razı salmaq üçün öz şəhərlərində nümayişlər keçirirlər”.

İranın ruhani lideri ABŞ prezidentini təkəbbürlü adlandırıb və və qeyd edib ki, Trampın “əlləri iranlıların qanına bulaşıb”. Xameneyi ABŞ prezidentinin “devriləcəyini” deyib.

Məlumat üçün bildirək ki, bu, İranın ruhani lideri Ayətullah Əli Xameneinin İranda 12 gündür davam edən etiraz aksiyaları ilə bağlı verdiyi ilk bəyanatdır. İranda etirazlar 28 dekabrda başlayıb. Əvvəlcə dükan satıcıları İran pul vahidinin dəyər itirməsindən narazılıqlarını ifadə etmək üçün Tehran küçələrinə çıxdılar. Daha sonra tələbələr də onlara qoşuldu. Etiraz aksiyaları zamanı ən azı 34 nəfər həlak olub.