Ayatolla Xameneyi - Böyük Britaniyanın baş naziri, ABŞ və Fransa prezidentləri kriminallardır
Ayatolla Xameneyi - Böyük Britaniyanın baş naziri, ABŞ və Fransa prezidentləri kriminallardır

İranın dini lideri Ayatolla Xameneyi Suriyəyə edilən raket hücümu qınayır və bu hərəkəti cinayət adlandırır.

“Bugün səhərə yaxın Suriyəyə qarşı həyata keçirilən hücum bir cinayətdir. Bəyan edirəm ki, ABŞ prezidenti, Fransa prezidenti və Böyük Britaniyanın baş naziri kriminallardır” – Ayatolla Ali Xameneyinin etdiyi çıxışının sözləri onun rəsmi səhifəsində yayılıb.

“Onlar bu hücumdan xeyir görməyəcəklər. Bundan öncə İraqda, Suriyədə və Əfqanistanda etdikləri cinayətlərdən də xeyir görmədilər” – dedi Xameneyi.

Suriyədə baş verən hadisələrə İranın Müdafiyə Naziri Hosein Delğan da səsləndi.

Onun dediyinə görə, Suriyə xalqı bu hücumları cavabsız qoymayacaq, dünya isə, bu aqressiyayı qınamalıdır.

Delğanın bəyanatını İran agentliyi “Fars” yayır.

Şərh yaz