Avtomobil yolunun bağlandığına görə, Kobi-Qudauri Kanat Yolu yerli əhaliyə pulsuz xidmət edəcək

Dağ kurortunun inkişaf şirkətinin qərarı ilə, avtomobil yolunun bağlanmasına görə, Kobi-Qudauri kanat yolu yerli əhaliyə pulsuz xidmət edəcək.

“Avtomobil yolunun Kobi-Qudauri hissəsində intensiv qar yağışına görə, bütün növ avtonəqliyyatın hərəkatı dayandırılıb. Yaranan vəziyyətdən irəli gələrək, Kobi-Qudauri kanat yolu yerli əhaliyə pulsuz xidmət edəcək” – deyilir Agentliyin yaydığı məlumatda.