Avtomobil Yolları Departamenti yollarda mövcud vəziyyətlə bağlı məlumat yayır
Avtomobil Yolları Departamenti yollarda mövcud vəziyyətlə bağlı məlumat yayır

Beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun 79km-93km (Mleta-Qudauri) hissəsində yüngül avtonəqliyyatın hərəkəti bərpa edilib və birtərəfli rejimdə həyata keçiriləcək, digər növ avtonəqliyyatın hərəkəti isə müvəqqəti məhdudlaşdırılıb, – bu barədə Avtomobil Yolları Departamenti məlumat yayır.

Onların məlumatına görə, həmin avtomobil yolunun 93km-107km (Qudauri (Posta)-Kobi) hissəsində qar uçqunu təhlükəsi yüksəkdir, buna görə də həmin hissədə bütün növ yol hərəkəti məhdudlaşdırılıb.

“Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Mleta-Qudauri hissəsində avtonəqliyyatın hərəkəti fasiləsiz rejimdə həyata keçiriləcək. Avtomobil yolunun qalan hissələrində yol hərəkəti sərbəstdir”, – məlumatda qeyd edilib.