Avtomobil Yolları Departamenti yollarda mövcud vəziyyətlə bağlı məlumat yayır
Avtomobil Yolları Departamenti yollarda mövcud vəziyyətlə bağlı məlumat yayır.
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri-Kobi hissəsində qar uçqunu təhlükəsi yüksəkdir, buna görə də qeyd olunan hissədə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti qadağandır.
“İntensiv təmizləmə işləri nəticəsində yol artıq qardan təmizlənib və yüngül nəqliyyat vasitələrinin Qudauriyə qədər hərəkəti bərpa olunub.
Digər istiqamətlərə gəlincə, qar uçqunu təhlükəsi, güclü qar, zəif görünürlük və çovğun səbəbindən bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti Verona-Telavi hissəsində, Niçbisi-Didqori-Didi Toneti avtomobil yolunda, Paravani dağ keçidində, Batumi-Axaltsixe yolunun Qoderdzi-Utğisubani kurort hissəsində, Kala-Uşquli və Mele-Lasdili hissələrində müvəqqəti məhdudlaşdırılıb.
Güclü qar yağışı və mürəkkəb meteoroloji şəraitlə əlaqədar Qomi-Saçxere hissəsində, Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun 1km – 42km və 110km -146km hissələrində, Axaltsixe-Ninotsminda və Axalkalaki-Kartsaxi yollarında, Saçxere-Oni yolunda, Nakerala dağ keçidində və Zuqdidi-Cvari-Mestia-Lasdili avtomobil yolunun Cvari-Uşquli hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Avtomobil yollarının qalan hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir”, – məlumatda qeyd edilib.