Avtomobil Yolları Departamenti – Lentexi-Lasdili yolunda, Sağdari kəndi yaxınlığında hərəkətin bərpa edilməsi məqsədilə müvəqqəti metal körpü quraşdırılacaq

12:14, 29.08.2026
Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, Lentexi-Lasdili yolunda, Sağdari kəndi yaxınlığında hərəkətin bərpa edilməsi məqsədilə müvəqqəti metal körpü quraşdırılacaq.
Qurumun məlumatına görə, əraziyə Avtomobil Yolları Departamentinin podratçı şirkətinin müvafiq texnikası cəlb olunub və intensiv işlər aparılır.
Onların məlumatına görə, hazırda alternativ yol salınıb və həmin yoldan yolsuzluq avtomobillərinin hərəkəti mümkündür.
“Güclü yağıntı nəticəsində Sağdari kəndi yaxınlığında mövcud avtomobil körpüsünü  daşan çay aparıb. Nəticədə, Sağdari-Lasdili və Uşquli-Lasdili hissələrində bütün növ avtonəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Sağdari körpüsü yaxınlığında qabaqlayıcı tədbirlər çərçivəsində körpüaltı məcranın formalaşdırılması və dərinləşdirilməsi işləri aparılırdı, lakin güclü yağıntı nəticəsində çayda suyun həcmi əhəmiyyətli dərəcədə artıb və bu da körpünün uçmasına səbəb olub. Yeni körpünün layihəsi artıq hazırlanıb və onun tikintisi üçün lazımi tender prosedurlarına ən qısa müddətdə başlanılacaq. Müvəqqəti metal körpü, yeni körpünün tikintisi başa çatana qədər avtonəqliyyatın hərəkətini təmin edəcək”, – Avtomobil Yolları Departamentinin məlumatında deyilib.

Oxşar