Avtomobil Yolları Departamenti - Araqvi çayı üzərindəki körpüdə hərəkət hissəsinin plitəsi zədələnib, qərbdən şərqə doğru hərəkət edən avtonəqliyyat vasitələri alternativ marşrutlardan istifadə edə bilərlər
Avtomobil Yolları Departamenti - Araqvi çayı üzərindəki körpüdə hərəkət hissəsinin plitəsi zədələnib, qərbdən şərqə doğru hərəkət edən avtonəqliyyat vasitələri alternativ marşrutlardan istifadə edə bilərlər

Beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 26-cı kilometrində, Araqvi çayı üzərindəki körpüdə (Tbilisi istiqamətində, sol zolaq) yolun hərəkət hissəsinin plitələrindən biri zədələnib.

Onların məlumatına görə, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün zədələnmiş plitə sökülüb, armaturlar möhkəmləndirilib və betonla doldurulub.

“İşlərin aparıldığı müddətdə qərbdən şərq istiqamətində hərəkət edən avtonəqliyyat vasitələri aşağıdakı alternativ marşrutlardan istifadə edə bilərlər: Zahesi-Mtsxeta-Kavtisxevi-Qori-Skra-Kareli-Osiauri və Narekvavi-Mtsxeta-Dəmir Yolu Stansiyası yolları.

Qeyd etmək lazımdır ki, avtonəqliyyatın yüksək intensivliyi səbəbindən Araqvi çayı üzərində mövcud olan körpünün tam reabilitasiyası mümkün olmur, bu səbəbdən isə vaxtaşırı zəruri bərpa işləri aparılır.

Bununla yanaşı, mövcud körpü ilə paralel olaraq artıq yeni körpünün tikintisi aparılır və onun cari ildə istifadəyə verilməsi planlaşdırılır. Yeni infrastruktur yol hərəkəti təhlükəsizliyini və keçid qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. Yaranmış müvəqqəti narahatçılığa görə vətəndaşlardan üzr istəyirik və onlardan hərəkəti planlaşdırarkən tətbiq edilmiş məhdudiyyətləri nəzərə almalarını xahiş edirik”, – məlumatda deyilib.