Avstriyada daşqın nəticəsində 4 nəfər həlak olub

13:41, 17.09.2024

 
Avstriyada daşqın nəticəsində 4 nəfər həlak olub, müxtəlif şəhərlərdən əhali təxliyə edilir.

Səhər saatlarında Tulterfeld bölgəsinin 7 kəndinin sakinləri təxliyə edilib, 400-dən çox insan “Qırmızı Xaç”ın təşkil etdiyi təxliyə məntəqəsinə aparılıb.

Məlumat üçün bildirək ki, Slovakiyanın paytaxtı Bratislava və Macarıstanın paytaxtı Budapeştdə Dunay çayında suyun səviyyəsinin artmasına görə mümkün daşqınlara hazırlaşırlar. Medianın yazdığı kimi, su artıq Macarıstana çatıb. Bununla yanaşı, Slovakiyanın paytaxtı Bratislavada Dunay çayının suyunun səviyyəsi 9,6 metrə çatıb.

Oxşar