Avstriya mayın birindən vətəndaşların hərəkətinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasını planlaşdırır
Avstriya mayın birindən vətəndaşların hərəkətinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasını planlaşdırır

Avstriyada mayın birindən vətəndaşların hərəkətinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasını planlaşdırırlar. Bununla yanaşı, ölkədə ən azından bir metrlik məsafənin müdafiə olunması öhdəliyi qüvvədə qalacaq. Bu barədə məlumatı “Kurier” yerli nəşr ölkənin hökumətinə istinad edərək yayır.

15 maydan restoran və barlar işləməyə başlayacaqlar, lakin müştərilər arasında bir metrlik məsafə müdafiə olunmalıdır. Bununla yanaşa masa arxasında dörddən artıq insanın əyləşməsinə icazə verilməyəcək. 15 maydan həmçinin, zooparkın açılması planlaşdırılır.

29 maydan Avstriyada mehmanxanaların açılması planlaşdırılır.

Səhiyyə naziri, Rudolf Anşober bəyan etdi ki, ictimai yerlərdə maskanın gəzdirilməsi yenə də vacib olacaq. Onun dediyinə görə, qeyd olunan məhdudiyyətin götürülməsi yalnız koronavirusa qarşı vaksinin əlçatarlı olmasından sonra mümkündür.

Xatırladaq ki, Avstriya koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətlərin yüngülləşdirilməsinin ikinci fazasındadır.

Con Hopkins Universitetinin göstəriciləri ilə, Avstriyada koronavirusa yoluxmanın 15 274 halı qeydə alınıb, 549 insan həlak olub.