Avstriya Almaniyada sığınacaq verilməsindən imtina ediləcək insanları ölkəyə qəbul etməyəcək
Avstriya Almaniyada sığınacaq verilməsindən imtina ediləcək insanları ölkəyə qəbul etməyəcək – bu haqda Avstriyanın daxili işlər naziri Qerhard Karner bildirib.
Bu haqda Karner Almaniyanın quru sərhədlərində müvəqqəti olaraq pasport nəzarətini bərpa edəcəyi məlum olduqdan sonra açıqlayıb.
“Bizim manevr etmək imkanımız yoxdur. Qanun belədir” – Karner bildirib və qeyd edib ki, artıq müvafiq fərman verilib.
Avstriyanın daxili işlər naziri izah edib ki, Avropa qanunvericiliyinə əsasən, sığınacaq istəyən insanlar sərhəddən geri qayıtmamalıdırlar. Bu, yalnız Avropa İttifaqının müvafiq üzv dövlətinin razılığı halında baş verə bilər.
Məlumat üçün bildirək ki, Almaniya quru sərhədlərində müvəqqəti olaraq pasport nəzarətini bərpa edəcək. Almaniyanın daxili işlər naziri Nensi Feyzerin dediyi kimi, sərhəd nəzarəti sentyabrın 16-dan başlayacaq və ilkin olaraq altı ay davam edəcək. Bu qərarın məqsədi qeyri-qanuni miqrasiya, eləcə də islamçı terror qruplaşmaları və beynəlxalq cinayətkar təşkilatlardan qaynaqlanan təhdidlərin öhdəsindən gəlməkdir.