Avroviziya Uşaq Mahnı Müsabiqəsinin "Şeni Xma" müsabiqə mahnısının videoçarxının təqdimatı baş tutdu (video)
2018-ci ilAvroviziya Uşaq Mahnı Müsabiqəsində Gürcüstan nümayəndəsinin, Tamar Edilaşvilinin “Şeni Xma” (sənin səsin) mahnısının videoçarxının təqdimatı Birinci Kanalın “Axali Dğe” səhər proqramında baş tutdu.
Videoçarxı Birinci Kanalın rejissoru Kaxa Buxraşvili çəkdi. Klipin konsepsiyası da ona mıxsusdur.
Həmçinin, çəkiliş üzərində Birinci Kanalın vizual xidmətinin qrupu işləyirdi.
Münsiflər heyətinin qərarı ilə, Tamar Edilaşvili sıra ilə 16-cı Avroviziya Uşaq Mahnı Müsabiqəsində “Sənin səsin” mahnısı ilə təqdim olunacaq.
Avroviziya Uşaq Mahnı Müsabiqəsi mahnısının müəllifi Sopo Toroşelidzedir, sözlərinin – Aleksandre Lortkipanidze.
Birinci Kanal 2018-ci il Avroviziya Uşaq Mahnı Müsabiqəsinə təqdim olunacaq mahnının seçilməsi üçün müsabiqə elan etdi.
Daxil olan 22 ərizədən, münsiflər heyəti “Sənin səsin” mahnısını səsvermə nəticəsində seçdi.
Tamar Edilaşvili Birinci Kanalın uşaq musiqi layihəsi – “Raninanın” qəlibidir. O, sıra ilə 16-cı Avroviziya Uşaq Mahnı Müsabiqəsinə Gürcüstanın adı ilə noyabrda gedəcək.
2018-ci il Avroviziya Uşaq Mahnı Müsabiqəsinə Belarus ev sahibliyi edir.