Avroparlamentarlar - Diqər siyasi partiyalara müraciət edirik, cürət edib, ölkənin mənfəətinə görə hərəkət etsinlər
Avroparlamentarlar - Diqər siyasi partiyalara müraciət edirik, cürət edib, ölkənin mənfəətinə görə hərəkət etsinlər

Biz diqər siyasi partiyalara və parlamentin individual üzvlərinə müraciət edirik, cürət edib, ölkənin mənfəətinə görə hərəkət etsinlər ki, siyasi böhran keçmişdə qalsın, – bu barədə üç avroparlamentarın: Marian Kaliurandis, Viola Fon Kramon və Sven Mikserin yaydığı bəyanatda deyilir.

“Biz aprelin 19-da, müxalifət nümayəndələri və iqtidar arasında razılaşmanın nail olunmasını və Avropa Şurasının prezidenti Şarl Mişel tərəfindən hazırlanan “Gürcüstan üçün irəliləyiş” adlı  sənədin imzalanmasını salamlayırıq.

Biz inanırıq ki, qeyd olunan sənəd Gürcüstanın düşdüyü böhrandan çıxmasını və ölkədə polyarizasiyanın azalmasını təmin edəcək.

Biz diqər siyasi partiyalara və parlamentin individual üzvlərinə müraciət edirik, cürət edib, ölkənin mənfəətinə görə hərəkət etsinlər ki, siyasi böhran keçmişdə qalsın”, – deyilir avroparlamentarların bəyanatında.