Avroparlament Türkiyəyə yunan əsgərlərini azad etməsi üçün müraciət edir
Avroparlament Türkiyəyə yunan əsgərlərini azad etməsi üçün müraciət edir

Avroparlament Türkiyəyə yunan əsgərlərini azad etməsi üçün müraciət edir.

Bu barədə Avroparlament tərəfindən qəbul edilən rəsmi rezolyusiyada deyilir.

Sənəd Avroparlamentin rəsmi veb-səhifəsində yayıldı.

Avropalı deputatlar qeyd edirlər ki, yunan əsgərləri Türkiyə həbsxanasında artıq bir aydan artıqdır ki, rəsmi ittiham irəli sürülmədən saxlanılırlar.

İki yunan əsgəri, Türkiyə ilə sərhəddə dəniz rayonunu patrul edərkən həbs edildilər.

Yunan tərəfi bəyan edir ki, əsgərlər pis hava şəraitinə görə, Türkiyə sərhədini keçmək zorunda qaldılar.

Avroparlament tərəfindən qəbul edilən rezolyusiyada qeyd olunur ki, türk və ya yunan əsgərləri tərəfindən sərhədi qeyri-qanuni şəkildə keçmək faktları daha öncə də baş vermişdi.

Rezolyusiya sənədində Avropalı deputatlar həmçinin Avropa Şurasına, Avro komissiyaya və Avropa İttifaqının bütün ölkələrinə, Yunanistana həmrəy olmaları üçün müraciət edirlər