Avroparlament səs çoxluğu ilə Breksit razılaşmasını təsdiqlədi

Avroparlament səs çoxluğu ilə Breksit razılaşmasını təsdiqlədi.

Britaniyanın Avropa İttifaqından çıxması şərtləri haqqında sənədi 621 deputat dəstəklədi, 49-u ona qarşı çıxdı, 13-ü isə, səs verməkdən baş qaçırtdı.

İndi sənədi Avropa İttifaqının Şurası təsdiqləməlidir, ancaq bu prosedur formal xarakter daşıyır.

Ehtimala görə, Avropa İttifaqının şurası razılaşmayı yanvarın 30-da hazırlayacaq və bu da deməkdir ki, yanvarın 31-də Böyük Britaniya Avropa İttifaqını tərk edəcək.

Breksitdən sonra, fevral ayından 11 aylıq keçid dövrü başlayacaq və Böyük Britaniya hələ Avropa İttifaqının qaydalarına riayət edəcək, ancaq təşkilatın institutları arasında artıq təqdim edilməyəcək.