Avropanın mərkəzi və şərq hissəsində daşqınlar nəticəsində həlak olanların sayı 23-dək artıb

10:50, 19.09.2024

 
Avropanın mərkəzi və şərq hissəsində daşqınlar nəticəsində həlak olanların sayı 23-dək artıb.

“Boris” qasırğası nəticəsində Çexiya, Avstriya, Polşa və Rumıniyada daşqınlar qeydə alınır.

Rumıniyada 7, Polşada 7, Avstriyada 5, Çexiyada isə 4 nəfər həlak olub.

Mövcud vəziyyətdən irəli gələrək Polşanın bir neçə şəhərində tədris prosesi dayandırılıb.

Minlərlə insan fəlakət bölgələrindən təxliyyə edilib. Slovakiya və Macarıstanın paytaxtlarında Dunay çayının səviyyəsinin qalxması və gözlənilən daşqınlara hazırlaşırlar.

Oxşar