Avropanın mərkəzi və şərq hissəsində daşqın nəticəsində ölənlərin sayı 16-ya yüksəlib
Mərkəzi və Şərqi Avropada daşqın nəticəsində qurbanlarının sayı 16-ya yüksəlib.
Polşada güclü yağış nəticəsi ilə daşqında 5 nəfər həlak olub. Təbii fəlakət xüsusilə ölkənin cənub-qərb bölgələrinə zərər vurdu. Polşa hökuməti zərər çəkmiş əraziləri fəlakət zonası elan edib və zərərçəkənlərə yardım üçün bir milyard zloti ayırdığını bildirib.
Çexiya polisi ötən həftədən bəri rekord miqdarda yağış alan ölkənin şimal-şərqində bir qadının boğulduğunu bildirib. Daha 7 nəfər itkin düşüb.
Daşqın nəticəsində Avstriyada azı 3, Rumıniyada isə 7 nəfər həlak olub.
Slovakiyanın paytaxtı Bratislava və Macarıstanın paytaxtı Budapeştdə, Dunay çayında suyun səviyyəsinin artması səbəbindən mümkün daşqına hazırlaşırlar