Avropalı parlamentari Rafael Qluksman 2027-ci ildə Fransanın prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bəyan edib

12:13, 24.08.2026

Fransanın mərkəz-solçu “İctimai Meydan” partiyasının lideri və Avropalı parlamentari Rafael Qluksman 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bəyan edib. O, bu barədə TF1 telekanalının efirində deyib.

Bununla yanaşı, Qluksman qeyd edib ki, o, mərkəz-solçuların praymerizində iştirak edəcək. Bu praymerizdə “İctimai Meydan” partiyasının üzvləri ilə birlikdə Fransa Sosialist Partiyasının nümayəndələri də öz namizədliklərini irəli sürəcəklər.

Praymerizdə iştirak etmək prezident seçkilərində namizədliyin irəli sürülməsi üçün məcburi şərt deyil. Namizəd kimi qeydiyyatdan keçmək üçün seçilmiş dövlət rəsmilərindən 500 imza toplamaq vacibdir.

Qluksman vurğulayıb ki, “onun proqramının əsası ekoloji keçid olacaq”. O, həmçinin hökumətin meşə yanğınları və ümumilikdə iqlim dəyişikliyi ilə mübarizə yanaşmasını tənqid edib.

Fransada prezident seçkiləri 2027-ci ilin aprelin 18-nə planlaşdırılıb.

Oxşar