Avropalı parlamentari Natali Luaso – Gürcüstan yeni Belarus olur? Biz nə edirik?

11:52, 23.05.2025

Avropalı parlamentari Natali Luaso sosial şəbəkədə “Dəyişiklik üçün Koalisiyası”nın liderlərindən biri Zurab Qirçi Caparidzenin həbs olunmasına münasibət bildirir.

“Gürcüstan yeni Belarus olur? Biz nə edirik?”, – Luaso X-də yazır.

Məlumat üçün bildirək ki, Tbilisi Şəhər Məhkəməsinin dünənki qərarı ilə “Dəyişiklik üçün Koalisiyasının” liderlərindən biri Zurab Qirçi Caparidze barəsində qətimkan tədbiri kimi girov həbs ilə əvəz olundu. Həbs-qətimkan tədbirinin dəyişdirilməsinə səbəb girovun ödənilməməsi olub. Zurab Caparidze aprelin 16-da parlamentin müvəqqəti istintaq komissiyasına gəlmədiyi üçün onun barəsində qətimkan tədbiri kimi 20,000 larilik girov qoyuldu. Caparidzenin girov müddəti mayın 18-də başa çatıb.

Oxşar