Avropalı liderlər Berlində, prayd tədbirində baş vermiş hücuma münasibət bildirirlər

15:03, 26.07.2026

Avropalı liderlər Berlində, prayd tədbirində baş vermiş hücuma münasibət bildirirlər.

Avropa Komissiyasının prezidenti Ursula fon der Layen həlak olan şəxsin ailəsinə və xəsarət alanlara başsağlığı verib. Onun sözlərinə görə, prayd tədbiri “azadlıq, ləyaqət və bərabərliyin – Avropa İttifaqının fundamental dəyərlərinin” rəmzidir.

“Hər bir insan qorxu duymadan yaşamaq, sevmək və öz hüquqları uğrunda mübarizə apara bilmək imkanına malik olmalıdır”, – Ursula fon der Leyen yazır.

Niderlandın baş naziri Rob Yetten baş verəni “azad və tolerant cəmiyyətə qarşı birbaşa hücum” adlandırıb.

İtaliyanın baş naziri Corcia Meloni İtaliya hökuməti adından Berlində baş vermiş faciə ilə bağlı Almaniyaya səmimi başsağlığı verdiyini bəyan edib.

“İtalia nifrət və ekstremizmin istənilən formasını pisləyir və buna qətiyyətlə qarşı çıxır, həmçinin vətəndaşlarımızın azadlığını və təhlükəsizliyini qorumaq üçün hər səviyyədə çalışır. Həlak olan şəxsin ailəsinə səmimi başsağlığı verir, yaralılara isə tezliklə sağalmağı arzulayırıq. Biz Almaniyanın və alman xalqının yanındayıq”, – deyə Meloni yazır.

Məlumat üçün bildirək ki, Berlində, Avropanın ən böyük prayd tədbirlərindən birində avtomobilin kütləyə çırpılması nəticəsində bir nəfər həlak olub, 16 nəfər isə xəsarət alıb. Hadisə şəhərin mərkəzi hissəsində, Tirqarten parkının yaxınlığında baş verib. Berlin polisi 21 yaşlı şübhəlini axtarır, onun şəxsiyyəti də məlumdur. Hüquq-mühafizə orqanlarının əməkdaşları sakinlərə onun silahlı ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Oxşar