Avropa Yayımlar İttifaqının nümayəndə heyəti Gürcüstanda

21:38, 22.04.2018

Avropa Yayımlar İttifaqının nümayəndələri, şərqi Avropa ölkələri ilə əlaqələrin rəhbəri Radka Betçeva və EBU radiosunun rəhbəri Qraham Dikson 23-24 apreldə Birinci Kanalın menecmenti və Qəyyumlar Şurası üzvləri ilə görüşlər keçirəcəklər.

Səfər çərçivəsində planlaşdırılmış görüşlər müxtəlif məsələlərin müzakirəsini, o cümlədən, İctimai Yayımçıda cari prossesləri və müasir media məkanda İctimai radionun çağırışlarını əhatə edir.

İctimai Yayımçı, Avropa Yayımlar İttifaqının üzvü 2005-ci ildəndir, onunla və onun üzv media vasitələri ilə fəal əməkdaşlıq edir.

Oxşar