Avropa Yayımçılar İttifaqı ən yaxşılar arasında Birinci Kanalın “Rəngarəng Gürcüstan” layihəsini adlandırdı
Avropa Yayımçılar İttifaqı (EBU) “yaxşılığa doğru 50 yol” adlı, 2018-ci ilin hesabatını dərc etdirir.
Hesabatda söhbət Birinci Kanalın xəbərlər redaksiyasının qarşısında duran çağırışlardan gedir və ictimaiyyətin etimadının əldə edilməsi üçün 25 rekomendasiya verilir. Bununla yanaşı 24 ölkənin İctimai Yayımçısının 50 ən yaxşı nümunəsi göstərilib ki, müəliflərin fikricə bu da, ictimaiyyətin qoşulmasına və etimadın gücləndirilməsinə imkan yaradır. Nümunələrdən biri, Birinci Kanalın “Rəngarəng Gürcüstan” layihəsidir. 108 səhifəli sənəddə deyilir ki, “Rəngarəng Gürcüstan” layihəsinin köməyi ilə, Gürcüstanın İctimai Yayımçısının Birinci Kanalı ölkəmizin azərbaycan və erməni izləyicisi üçün kontentin çatdırılmasına böyük sərmayələr yatırdı. Müəlliflər qeyd edirlər ki, milliyətcə azərbaycan və erməni azlıqları, Gürcüstanın 3,7 milyonluq əhalisinin təxminən 15 faizini təşkil edirlər. Konkret bölgədə məskunlaşmış yaşlılar yalnız azərbaycan, erməni və rus dillərində danışırlar. Gürcü dilini az bildiklərinə görə, bu qruplar qismən ölkənin başqa hissəsində təcrid olunublar.
“Biz səmimi olaraq bu insanların imkanlarının genişləndirilməsini istəyirik, çünki onlar gürcü dilində danışa bilmirlər. Onlar məlumatı yalnız öz bölgələrində alırlar. Lakin onlar, ölkənin başqa hissəsində baş verən yenilikləri də bilməlidirlər, onlar arasında sosial və siyasi məsələləri də”, – Edinburqda Avropa Yayımçılar İttifaqı Xəbərlər Assambleyasında Gürcüstanın İctimai Yayımçısının Birinci Kanalının yeni və cari xəbərlər blokunun direktoru, Qiorqi Qvimradze bəyan etdi.
“Rəngarəng Gürcüstan” layihəsi 2018-ci ilin yaz mövsümündə fəaliyyətə başladı. Birinci Kanalın məqsədi layihə vasitəsilə etnik azlıqlara məlumat çatdırmaq və beləliklə onların inteqrasiya prosesinə imkan yaratmaqdır.
“Dövlət dilini bilmədiyin təqdirdə çətindir ki, milli yeniliklərə qoşulasan və demokratik prosesdə iştirak edəsən. Bəzən siyasətçilər bundan istifadə edirlər. 2018-ci ilin oktyabr ayının prezident seçkilərində istəyirdik ki, insanlar düzgün və şəxsi seçimlərini etsinlər”, – Qiorqi Qvimradze bəyan etdi
Avropa Yayımçılar İttifaqının hesabatında deyilir ki, layihə internetdə 12 saatlıq radio və televiziya yayımçılığını təşkil edir, onlar arasında mədəni və əyləncəli verilişlər və xəbərlər buraxılışı da var.
Veb səhifə “1tv.ge” kontenti 6 dildə, onlar arasında rus və inglis dillərində dərc etdirir. Ən önəmlisi də odur ki, kanalın əsas xəbərlər buraxılışı – “Moambe” azərbaycan və erməni dillərinə tərcümə olunur. Həmçinin bütün seçki deabatları da sinxron şəkildə tərcümə olunurdu.Qeyd olunmuş layihənin daha bir önəmli məqsədi, azrəbaycan və erməni dillərinin müdafiəsi və qorunub saxlanılmasıdır.
Avropa Yayımçılar İttifaqının hesabatında müəlliflər qeyd edirlər ki, çoxlu milli azlığın olduğu ölkədə, rəngarənglik, hər kəsin demokratiyada iştirakını təmin etmək üçün əhəmiyyətli instrumentdir. “Rəngarəngliyin gücləndirilməsi və qorunub saxılanılması pozitiv yanaşmadır və bizə təşəbbüs dəstəyinin tapılmasında kömək edəcək”, – hesabatın müəllifləri qeyd edirlər.
İctimai Yayımçı “Rəngarəng Gürcüstan” layihəsini Edinburqda, Avropa Yayımçılar İttifaqının Xəbərlər Assambleyasına 2018-ci ilin noyabrında təqdim etdi.