Avropa Şurasının Parlament Assambleyası Rusiyaya təşkilatın büdcəsinə üzvlük məbləğinin ödənilməsi üçün müraciət etdi
Avropa Şurasının Parlament Assambleyası Rusiyaya təşkilatın büdcəsinə üzvlük məbləğinin ödənilməsi üçün müraciət etdi

Avropa Şurasının Parlament Assambleyası Rusiyaya nümayəndə heyyətini formalaşdırmaq və təşkilatın büdcəsinə üzvlük məbləğinin ödənilməsi üçün müraciət etdi.

Müvafiq rezolyusiya aprelin 10-da plenar iclasda qəbul edildi.

Sənəddə Assambleya üzvləri Rusiyaya müraciət edirlər ki, “bu təşkilatın ən böyük üzvünə Avropa Şurasını tərk etmək təklifinin veriləcəyi” vəziyyətin yaranmasına imkan verməsin və yaxud Rusiya bunu özü etməli olacaq ki, bu da, Rusiya vətəndaşları üçün də geopolitik nəticələrin yaranmasına səbəb olacaq.

Avropa Şurasının parlament Assambleyası Rusiyanın əlindən iclaslarda səs vermək imkanını 2014-cü ildə Krımın qeyri-qanuni aneksiyasından sonra aldı.

2017-ci ilin iyun ayında isə, Rusiya bəyan etdi ki, Rusiya nümayəndə heyyətinin bütün səlahiyyətləri geri qaytarılana qədər, Avropa Şurasına üzvlük məbləğini ödəməyəcək.

Rusiyanın hər illik üzvlük qatqısı isə 33 milyon avrodur, hansı ki, Avropa Şurasının Parlament Assambleyasının tam büdcəsinin 10 faizidir.

Gürcüstan prezidenti Mamuka Baxtadze dünənki iclasda bəyan etdi ki, təşəkkür əlaməti olaraq, Gürcüstan iqtidarı Avropa Şurasının xəzinəsinə könüllü olaraq, 500 000 avroluq üzvlük məbləğini ödəmək istəyir.