Avropa Şurasının qərarına əsasən, Bosniya və Herseqovinaya Aİ-yi üzvlüyünə namizəd statusu verilib
Avropa Şurasının qərarına əsasən, Bosniya və Herseqovinaya Aİ-yi üzvlüyünə namizəd statusu verilib

 

Avropa Şurasının qərarına əsasən, Bosniya və Herseqovinaya Aİ-yi üzvlüyünə namizəd statusu verilib. Məlumatı “Reuters” agentliyi yayır.

Avropa Şurasının prezidenti Şarl Mişel namizəd statusunun verilməsinin xalqa güclü siqnal olduğunu, hərçənd hakimiyyətə yönəlik islahatlar gözləntisinin olduğunu bildirib.

“Qərbi Balkanların gələcəyi Avropa İttifaqındadır, təbrik edirəm” – deyə Şarl Mişel “Twitter” mikrobloqunda yazır.

Ukrayna, Moldova, Türkiyə, Serbiya, Albaniya, Şimali Makedoniya və Monteneqrodan sonra Bosniya və Herseqovina Avropa İttifaqına namizəd statusuna malik səkkizinci ölkə olub. Bosniya və Herseqovina 2016-cı ildə Aİ-yə üzvlük üçün müraciət daxil edib. Avropa Komissiyasının qərarına əsasən, ölkə qarşısında 14 şərt qoyulub ki, bu da müxtəlif sahələrdə islahatların aparılmasını nəzərdə tuturdu.