Avropa Şurasının Bern Konvensiyasının sədri vəzifəsinə Karlo Amirqulaşvili seçilib
Avropa Şurasının Bern Konvensiyasının sədri vəzifəsinə Karlo Amirqulaşvili seçilib

Fransa şəhəri Strasburqda 8–12 dekabr tarixlərində Avropa Şurasının Avropada Vəhşi Təbiət və Təbii Yaşayış Mühitlərinin Mühafizəsi üzrə Konvensiyasının (Bern Konvensiyası) Daimi Komitəsinin 45-ci iclası keçirilib.

Qurumun məlumatına görə, iclas iştirakçıları Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Meşə təsərrüfatı departamentinin rəhbəri Karlo Amirqulaşvilini Büro və Komitənin sədri seçiblər. Karlo Amirqulaşvili 2021-ci ildən Büro sədrinin müavini vəzifəsində çalışırdı.

“Bern Konvensiyası ətraf mühitin mühafizəsi sahəsində ən mühüm beynəlxalq müqavilələrdən biridir. Müvafiq olaraq, Gürcüstan nümayəndəsinin bu vəzifəyə təyin edilməsi Gürcüstanın Avropa İttifaqı strukturlarında fəal təmsil olunmasına, Gürcüstan və Avropa İttifaqı arasında Assosiasiya Sazişi çərçivəsində üzərinə götürdüyü öhdəliklərin səmərəli şəkildə həyata keçirilməsinə, Gürcüstanda konvensiyanın tətbiqi və ətraf mühit siyasətinin səmərəli həyata keçirilməsinə töhfə verəcək.

Konvensiyanın tətbiqinin təmin edilməsi məqsədilə Gürcüstanda Zümrüd Şəbəkəsinin yaradılması vacibdir. 2023-cü ilin vəziyyətinə görə, Gürcüstanda Zümrüd Şəbəkəsinin sahəsi 1 307 501 hektara bərabərdir və 66 ərazidən ibarətdir. Hazırki mərhələdə Zümrüd Şəbəkəsinin ərazilərinin idarəetmə planlarının hazırlanması davam etdirilir.