Avropa Şurasının baş katibi Alen Berse Bidzina İvanişvili ilə görüşüb
Avropa Şurasının baş katibi Alen Berse “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili ilə görüşüb. Məlumatı “GürcArzusu”nun mətbuat xidmətində təsdiqləyirlər.
Bundan əvvəl Avropa Şurasının baş katibi Gürcüstana səfəri çərçivəsində Bidzina İvanişvili ilə planlaşdırılan görüş barədə sosial şəbəkədə yazıb.
“Bu səhər mən əvvəlcə vətəndaş cəmiyyəti, sonra baş nazir Kobaxidze və Şalva Papuaşvili ilə görüşdüm. Mən Gürcüstanın Ombudsmanı Bidzina İvanişvili və beynəlxalq ictimaiyyətin nümayəndələri ilə fikir mübadiləsi aparmağı səbirsizliklə gözləyirəm. Sabah bütün günü müxalifət və vətəndaş cəmiyyəti ilə görüşlərim olacaq”, – Alen Berse yazıb.