Avropa Şurası Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini təsdiqləyib

17:30, 06.10.2022

 

Avropa Şurası Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini təsdiqləyib. Avropa Komissiyasında beynəlxalq tərəfdaşlarla sıx əlaqələndirilmiş bu paketin Rusiyanın davam edən mütəmadi eskalasiyasına və Ukraynaya qarşı qanunsuz müharibəsinə, o cümlədən saxta referendumlar əsasında Ukrayna ərazisinin qanunsuz ilhaqına, əlavə cəzaların səfərbər edilməsinə və açıq nüvə təhdidlərinə cavab verdiyini bildirirlər.

“Paket Avropa İttifaqının qanunvericiliyinə rus neftinin üçüncü ölkələrə dəniz yolu ilə daşınması ilə bağlı qiymət limitinin müəyyən edilməsi və xam neft və neft məhsullarının üçüncü ölkələrə dəniz yolu ilə daşınmasının məhdudlaşdırılması üçün əsaslar təqdim edir”– deyə Avropa Komissiyasında açıqlanıb.

Səkkizinci sanksiyalar paketi həmçinin Rusiyadan yeddi milyard avro dəyərində malların idxalına qadağanın qoyulmasını da əhatə edir.

Paket dırnaq arası referendumların təşkilində iştirak edən şəxslərə və təşkilatlara, müdafiə sektorunun nümayəndələrinə, müharibə haqqında dezinformasiya yayanlara qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.

Oxşar