Avropa Siyasi Birliyinin səkkizinci sammiti 2026-cı ildə Ermənistanda keçiriləcək
Avropa Siyasi Birliyinin səkkizinci sammiti 2026-cı ildə Ermənistanda keçiriləcək

Avropa Siyasi Birliyinin səkkizinci sammiti 2026-cı ildə Ermənistanda keçiriləcək, – bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədə yazıb.

“Avropa Siyasi Birliyinin 8-ci Sammiti 2026-cı ilin yazında Ermənistanda keçiriləcək. Avropa siyasi ictimaiyyətinin liderlərini ölkəmizdə salamlamaq mənim üçün böyük şərəfdir və bu qərara verdikləri dəstəyə görə bütün liderlərə təşəkkür edirəm”, – Nikol Paşinyan yazıb.

Ermənistan baş nazirinin məlumatına görə, 2028-ci ildə Avropa Siyasi Birliyinin Sammiti Azərbaycanda keçiriləcək.

Avropa Siyasi Birliyi formatı 2022-ci ildə, Avropa İttifaqı daxilində və onun hüdudlarından kənarda olan liderlərin ümumi çağırışları qarşılamaq və müzakirə etmək məqsədilə bir platforma kimi yaradılmışdır. Avropa Siyasi Birliyinin sonuncu, altıncı sammiti 2025-ci ilin mayında Albaniyada keçirilib, növbəti, yeddinci sammitin isə ilin sonunda Danimarkada keçirilməsi planlaşdırılır.