Avropa Siyasi Birliyinin beşinci sammiti noyabrın 7-də Budapeştdə keçiriləcək
Avropa siyasi birliyinin beşinci sammiti noyabrın 7-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Avropa İttifaqı Şurasının sədri Macarıstanın baş naziri Viktor Orban sammitdə iştirak edən ölkələrin liderlərinə dəvət məktubu göndəriblər.
Məktubda qeyd edilir ki, plenar iclas təhlükəsizlik çağırışlarından söhbətlə başlayacaq, miqrasiya və iqtisadi təhlükəsizliklə bağlı müzakirələrlə davam edəcək.
İqtisadi təhlükəsizliklə bağlı sessiyada həmçinin enerji, nəqliyyat, internet texnologiyaları və qlobal ticarət baxımından əlaqə müzakirə olunacaq.
“Bu günün reallığı bir çox böhranlarla xarakterizə olunur. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi artıq üçüncü ildir və yenə də davam edir. Yaxın Şərqdə artan ölümcül zorakılıq güclənir və növbəti eskalasiya təhlükəsi yaradır. Afrikada da münaqişələr və qeyri-sabitlik artır. Qeyri-qanuni miqrasiya və onun alətləşdirilməsi Avropaya əlavə çağırış yaradır. Qlobal iqtisadiyyat yenidən parçalanmaya doğru gedir, bu da bizim iqtisadi modellərimizə təsir edir. Bütün bunlar bölgəmizdə sülhə, sabitliyə və firavanlığa təhlükə yaradır. Biz əminik ki, bu böhranları həll etmək üçün qəbul edəcəyimiz qərarlar gələcək onilliklər üçün gələcəyimizi müəyyən edəcək”, – məktubda qeyd olunub.
Avropa siyasi birliyinin əvvəlki sammiti cari ilin iyulunda Britaniyada keçirilib və burada Gürcüstanın baş naziri İrakli Kobaxidze də daxil olmaqla 47 ölkənin lideri iştirak edib. Avropa siyasi birliyinin növbəti sammiti ABŞ-ın prezident seçkilərindən iki gün sonra keçiriləcək. 2025-ci ildə sammitə Albaniya ev sahibliyi edəcək.