Avropa Parlamentinin seçkiləri bu gün başlayır

10:15, 23.05.2019

Avropa Parlamentinin seçkiləri bu gün başlayır. Səsvermə Avropa İttifaqının 28 üzv ölkəsində dörd gün davam edəcək.

İlkin sorğulardan görünür ki, “Avropa Xalq Partiyasının” siyasi qrupu və Sosial-Demokratlar mandatını itirəcəklər.

Proqnozlara əsasən Liberal-Demokratlar Aliyansı tərəqqiyə nail olacaq və mandatının sayını artıracaq.

Güman edildiyinə görə, “Avropa Xalq Partiyası” və Sosial-Demokratlar birgə çoxluğu yarada bilməyəcəklər və üçüncü partiyanın artırılması lazım gələcək.

Seçkilərin nəticələri mayın 26-da axşam məlum olacaq.

Oxşar