Avropa Parlamentinin prezidenti korrupsiya qalmaqalında adı hallanan Avropa Parlamentinin üzvü Eva Kaylinin mandatını dayandırıb

14:21, 11.12.2022

 

Avropa Parlamentinin prezidenti korrupsiya qalmaqalında adı hallanan Avropa Parlamentinin üzvü Eva Kaylinin mandatını dayandırıb. Avropa Parlamentinin prezidentinin nümayəndəsinin qeyd etdiyi kimi Belçika hökumətinin başlatdığı istintaqı nəzərə alaraq, Roberta Metsola vitse-spiker kimi Eva Kayliyə verilən bütün səlahiyyətləri dərhal dayandırmağa dair qərar qəbul edib.

Bundan əvvəl Kaylini Yunanıstandakı partiyasından çıxarıblar.

Xatırladaq ki, dekabrın 10-da Avropa Parlamentinin yunan üzvü və Avropa Parlamentinin vitse-spikeri Eva Kaylinin Belçika polisi tərəfindən saxlanıldığı məlum olub. Onun adı Qətərin xeyrinə qeyri-qanuni lobbiçiliklə bağlı anti-korrupsiya istintaqında hallanır. İstintaq çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları daha bir neçə nəfəri saxlayıblar. Axtarış nəticəsində 600 min avro, mobil telefon və kompyuter texnikası götürülüb.

Alman “Spiegel” nəşrinin məlumatında antikorrupsiya istintaqı fonunda Avropa Parlamentində Qətərlə bağlı istənilən məsələnin müzakirəsinin müvəqqəti dayandırılmasına dair çağırışların olduğu deyilir. Belə ki, söhbət bu ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair bazar ertəsi elan edilməli olan təşəbbüsündən gedir.

Oxşar