Avropa Parlamentinin qətnaməsi - Biz sabiq prezident Mixeil Saakaşvilinin davam edən həbsinə və onun sağlamlıq vəziyyətinin pisləşməsinə görə dərin narahatlığımızı ifadə edirik
Avropa Parlamenti Gürcüstanın sabiq prezidenti, Mixeil Saakaşvilinin davam edən həbsinə və onun sağlamlıq vəziyyətinin pisləşməsinə görə dərin narahatlığımızı ifadə edirik, – bu barədə Avropa Parlamentinin Gürcüstanla bağlı “Elene Xoştaria və “Gürcü Arzusu” rejiminin siyasi məhbuslarının işi haqqında” qəbul etdiyi qətnamədə qeyd olunub.
Sənəddə deyilib ki, Avropa Parlamenti “Elene Xoştarianın və ifadə, toplaşma və ya dinc etiraz azadlığından istifadə etdiklərinə görə hədəfə alınan bütün digər şəxslərin siyasi motivli həbsini qətiyyətlə pisləyir.
“Avropa Parlamenti həmçinin “Gürcü Arzusu” rejimi tərəfindən siyasi opponentlərin, jurnalistlərin və fəalların sistemli şəkildə cinayət təqibinə məruz qalmasını pisləyir. Daxil olan məlumatlara görə, saxlanılma zamanı Elene Xoştariaya qarşı tətbiq olunan alçaldıcı və qeyri-insani rəftarı pisləyir. Onun və siyasi motivli səbəblərdən saxlanılan bütün digər şəxslərin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edir. Onlara qarşı siyasi motivli ittihamların dərhal ləğv edilməsini tələb edir. Dörd ildən çoxdur ki, faktiki olaraq oliqarx Bidzina İvanişvilinin siyasi girovu olan sabiq prezident Mixeil Saakaşvilinin davam edən həbsindən və səhhətinin pisləşməsindən dərin narahatlığını ifadə edir”, – qətnamədə deyilir.
Bununla yanaşı, qətnaməyə əsasən, Avropa Parlamenti “saxlanılan şəxslərə qarşı qeyri-münasib rəftar və milli qanunvericiliyin sui-istifadə edilməsi ilə bağlı ittihamların müstəqil və şəffaf şəkildə araşdırılmasını tələb edir”.
Məlumat üçün bildirək ki, “Elene Xoştarianın və “Gürcü Arzusu” rejiminin siyasi məhbuslarının işi ilə bağlı” qətnaməni Avropa Parlamentinin 438 üzvü dəstəkləyib, 37 nəfər əleyhinə olub və 81 nəfər bitərəf qalıb.